Azərbaycanlı futbolçu Polşada dubl etdi

Azərbaycanlı futbolçu Polşada dubl etdi
XƏBƏR 2 May 2021 / 21:30 3294
-  A +

Azərbaycanlı futbolçu Fuad Bayramov çıxış etdiyi Polşanın "Ostroveç-Şventokşisi" klubunda dubl edib.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 3-cü Liqanın 4-cü qrupunda autsayder "Hetman"la görüşdə fərqlənib.

6:0 hesabı qələbənin əsasını start heyətdə meydana çıxan Fuad qoyub. O, 12 və 45+1-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Fuadın komandası hazırda 47 xalla 8-ci sıradadır.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner