Superliqanı tərk edəcək ilk klub bilindi

Superliqanı tərk edəcək ilk klub bilindi
XƏBƏR 2 May 2021 / 19:29 75742
-  A +

Türkiyə Superliqasını tərk edəcək ilk klub müəyyənləşib.

Qol.az xəbər verir ki, çempionatın 37-ci turunda bu gün öz meydanında "Rizəspor"a uduzan (0:1) "Dənizlispor"un növbəti mövsüm elitadan kənarda qalacağı dəqiqləşib.

28 xalla turnir cədvəlinin sonuncu - 21-ci pilləsində qərarlaşan Dənizli təmsilçisinin 17-ci pillədə qərarlaşan "Kayserispor"la xal fərqi 10-a yüksəlib. Bu isə o deməkdir ki, komanda son 3 turun nəticəsindən asılı olmayaraq elitanı tərk edəcək. 

2019-2020 mövsümündə Superliqaya yüksələn "Dənizlispor" yenidən TFF 1-ci liqada mübarizə aparacaq. 

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner