Sabah Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.
Qol.az xəbər verir ki, “Qəbələ” turun ilk günündə “Səbail”lə görüşəcək.
“Qırmızı-qaralar”ın səfər qarşılaşması iki komanda arasında 17-ci matç olacaq. İndiyədək keçirilən 16 oyunda üstünlük "Qəbələ"nin tərəfindədir. 8 qələbəsi olan komanda 5 görüşdən sülhlə ayrılıb və yalnız üç dəfə məğlub olub. Bu üstünlük top fərqində də əksini tapıb – 29:17. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.
“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 14 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 6 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. “Səbail” 3 oyunda qalib gəlib. 24 qol vuran “Qəbələ” 15 top buraxıb.
Rəqib meydanında 9-cu dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 3 qələbə və 2 heç-heçəyə imza atıb. Digər üç görüşdə meydan sahibləri qalib olub. Bu matçlarda 14 qola imza atan "Qəbələ" 12 top buraxıb.
Xatırladaq ki, mayın 3-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 20:15-də başlayacaq.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı