Türklər "Lill"ə vacib qələbə qazandırdı - Video

Türklər "Lill"ə vacib qələbə qazandırdı - Video
XƏBƏR 2 May 2021 / 14:08 4006
-  A +

Türkiyə millisinin futbolçuları Burak Yılmaz və Mehmet Zeki Çelik  bu həftə də "Lill"dəki parlaq çıxışları ilə diqqət çəkiblər.

Qol.az xəbər verir ki, onlar komandalarının Liqa-1 də vacib qələbə qazanmasında əsas pay sahibi olublar. Belə ki, "Lill" ötən gün 35-ci turda "Nitsa" ilə qarşılaşıb. Fransa təmsilçisi matçdan 2:0 hesabı ilə qalib ayrılıb. Burak Yılmaz 13-cü, Mehmet Zeki Çelik isə 56-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Lill" bu qələbədən sonra xallarının sayını 77-yə çatdırıb və liderdir. PSJ 75 xalla 2-ci, "Monako" 71 xalla 3-cüdür.



Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner