"Zlatanın qayıdışı hiss olunurdu"

"Zlatanın qayıdışı hiss olunurdu"
XƏBƏR 2 May 2021 / 12:43 1667
-  A +

"Milan"ın baş məşqçisi Stefano Pioli futbolçusu Zlatan İbrahimoviç haqda danışıb.

Qol.az "Footbal İtalia"ya istinadən xəbər verir ki, Pioli "Benevento" ilə matçdan (2:0) sonra 39 yaşlı hücumçunu belə dəyərləndirib:

"Zlatan İbrahimoviçin qayıdışı hiss olunurdu. İbrahimoviç komandadakı hər kəsin oyununu təsir edən, ətrafındakıların hamısını daha yaxşı oynamağa vadar edən bir çempiondur. Qarşılaşma turnir baxımından bizim üçün vacib idi. Xal itkisi bizə baha başa gələ bilər. İlk dəqiqələrdən təşəbbüsü ələ keçirməli olduğumuzu və davam etməli olduğumuzu başa düşdük".


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner