"Yuventus" bütün şanslarını rəsmən itirdi

"Yuventus" bütün şanslarını rəsmən itirdi
XƏBƏR 2 May 2021 / 11:56 4263
-  A +

"Yuventus" 2020/21 mövsümündə A seriyasında çempionluq şanslarını itirib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, bu, ötən gecə yarışın 34-cü turubda "İnter" - "Krotone" matçından (2:0) sonra dəqiqləşib. Milan təmsilçisi görüşdə qalib gəlməklə xallarının sayını 82-yə çatdırıb və "Yuventus"la fərqi 16-ya yüksəldib. Qarşıda hələ 5 oyunu olan Turin klubu isə bu matçların hər birində qalib gəlsə belə, liderlə arasındakı xal fərqini qapaya bilməyəcək. Andrea Pirlonun kollektivi hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasında mübarizəsini dayandırıb. Komanda 1/8 finalda "Portu" səddini keçə bilməyib. "Qoca sinyora" ölkə kubokunu da əldən verib. Bununla da komanda 9 il sonra bir mövsümdə kuboksuz qalıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner