İngiltərə Çempionşipində qalib müəyyənləşdi

İngiltərə Çempionşipində qalib müəyyənləşdi
XƏBƏR 2 May 2021 / 10:28 3431
-  A +

İngiltərə Çempionşipində 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu komanda "Norviç Siti" olub. Daniel Farkenin kollektivi ötən gün 45-ci turda "Ridinq" üzərində 4:1 hesabı ilə qalib gəlməklə aktivindəki xalların sayı 96-ya yüksəlib. Bununla da "Norviç Siti" ən yaxın izləyicisi "Uotford"la fərqi 8-ə çatdırıb. Beləliklə, klub sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Komanda2 gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib. Həmçinin qeyd edək ki, bu, "Norviç Siti"nin Çempionşipdə son 3 mövsümdə 2-ci qələbəsidir.

Əlavə edək ki, ötən mövsüm də ölkənin əsas çempionatında çıxış edən "Norviç Siti" yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner