"Real"a 4 dəqiqə bəs etdi

"Real"a 4 dəqiqə bəs etdi
XƏBƏR 2 May 2021 / 02:07 4125
-  A +

"Real" La Liqada növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, Madrid təmsilçisi 34-cü turda "Osasuna" ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. 76-cı dəqiqədə Eder Militao fərqlənib. Kasemiro isə 80-ci dəqiqədə matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində 74 xalla 2-cidir. "Osasuna" isə 40 xalla 11-ci pillədə qərarlaşır.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner