Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New İn Chess" adlı V mərhələsində həlledici raundun ilk görüşlərinə start verilib.
Qol.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.
Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.
Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gəlib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.
Çempionlar Turu: "New In Chess"
Final
21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 3:1 (0,5:0,5; 0,5:0,5; 1:0; 1:0)
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2:2 (0:1; 1:0; 0:1; 1:0)
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı