Dadaşovun komandasından böyükhesablı qələbə

Dadaşovun komandasından böyükhesablı qələbə
XƏBƏR 1 May 2021 / 22:00 2250
-  A +

ABŞ birinci liqasında yeni mövsümə start verilib.
 
Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” doğma meydanda “San Dieqo Loyal” ilə qarşılaşıb. Oyun “Finiks Rayzinq”in 4:1 hesablı qələbəsiylə başa çatıb. Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu fərqlənməyi bacarmayıb və 86-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, 3 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner