"Hələ tətildəyəm" - Mourinyo

"Hələ tətildəyəm" - Mourinyo
XƏBƏR 1 May 2021 / 16:30 1614
-  A +

"Tottenhem"in ötən ay istefaya göndərdiyi çalışdırıcısı Joze Mourinyo məşqçiliyə nə vaxt qayıdacağı ilə bağlı sualları cavablandırıb.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:

"Heç bir planım yoxdur. Adi bir həyat tərzi yaşayıram. Özümü təravətli, sakit hiss edirəm. Mən tətildəyəm. İndi səhvlər üzərində işləmək, hər şeyi təhlil etmək üçün daha çox vaxtım var. Futbola qayıtmazdan əvvəl hələ gözləyəcəm. Həmçinin mən yalnız uyğun bir klub yox, uyğun bir mədəniyyət də gözləyəcəyəm".


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner