Messi PSJ üçün əsas hədəf deyil

Messi PSJ üçün əsas hədəf deyil
XƏBƏR 1 May 2021 / 14:16 2557
-  A +

"Barselona"nın kapitanı Lionel Messini transfer etmək artıq PSJ-nin əsas hədəflərindən deyil.

Qol.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Paytaxt klubunun məqsədi futbolçusu Kilian Mbappe ilə müqaviləni uzatmaqdır. Bu da o deməkdir ki, Paris təmsilçisi 33 yaşlı hücumçunu almağa səy göstərməyəcək. Mbappenin hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatacaq. Tərəflər yeni sözləşmə üçün danışıqlar aparmayıblar.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner