Mbappe zədələndi

Mbappe zədələndi
XƏBƏR 30 Aprel 2021 / 17:50 2049
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe sıradan çıxıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu sağ baldır əzələsindən zədələnib. Ona görə də Mbappe sabah Liqa 1-in növbəti turunda "Lans"la matçı buraxacaq. Fransalı oyunçunun Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə cavab görüşünədək hazır olub-olmayacağı məlum deyil.

Qeyd edək ki, mayın 4-də keçiriləcək "Mançester Siti" - PSJ qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner