Mourinyo Avro-2020 oyunlarında

Mourinyo Avro-2020 oyunlarında
XƏBƏR 30 Aprel 2021 / 12:57 1994
-  A +

"Tottenhem"in sabiq baş məşqçisi Joze Mourinyo Avro-2020-də şərhçi kimi fəaliyyət göstərəcək.

Qol.az xəbər verir ki, o, "TalkSport" radio kanalı üçün çalışacaq. Bu barədə kanalın sosial şəbəkə hesablarında məlumat yayılıb. Portuqaliyalı məşqçi İngiltərənin Avropa çempionatının qrup mərhələsi matçları və final da daxil olmaqla pley-off oyunlarını şərh edəcək.

Qeyd edək ki, Mourinyo  "Tottenhem"dən aprelin 19-u ayrılıb.

Əlavə edək ki, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner