İtaliyada azarkeşləri sevindirəcək xəbər

İtaliyada azarkeşləri sevindirəcək xəbər
XƏBƏR 30 Aprel 2021 / 12:06 2125
-  A +

İtaliya kubokunun  "Atalanta" ilə "Yuventus" arasında keçiriləcək final matçına azarkeşlər buraxılacaq.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə A seriyasının prezidenti Paolo Dal Pino danışıb. O, görüşə azarkeşlərin buraxılacağını təsdiqləyib:

"İtaliya hökumətinə ölkə kubokunun finalında azarkeşləri tribunalara qaytarmaq istəyimizi dəstəklədiyinə görə minnətdarıq. Bu, hamımıza lazım olan normal həyata qayıtmanın bir əlamətidir. A seriyasının son turlarında da azarkeşləri stadionlarına buraxacağımıza əminik".

Qeyd edək ki, "Atalanta" - "Yuventus" matçı mayın 19-da keçiriləcək.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner