Suares: “Barselona”dan getmək Messi üçün yaxşı addım olmayacaq”

Suares: “Barselona”dan getmək Messi üçün yaxşı addım olmayacaq”
XƏBƏR 30 Aprel 2021 / 11:15 2160
-  A +

"Atletiko"nun futbolçusu Luis Suares sabiq komanda yoldaşı Lionel Messinin "Barselona"dan mümkün ayrılığı haqqında danışıb.

Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu deyib: “Messi məndən məsləhət istəsəydi, bir dost kimi ona deyərdim ki, “Barselona"dan başqa heç bir komandada çıxış etməsin. Bu kubdan getmək qərarı onun üçün yaxşı bir addım olmayacaq. Ancaq Messi qərarı təkbaşına verməlidir. Ən yaxşı ssenari karyerasını üç, dörd, beş və ya altı il ərzində ən xoşbəxt olduğu yerdə bitirməkdir. "Barselona" Messiyə hər şeyi verən komandadır və Messi də bu komanda üçün hər şey edib".

Qeyd edək ki, Messinin "Barselona" ilə sözləşməsi bu yay başa çatacaq. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəlməyib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner