"Barselona" ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün maliyyə mənbələri axtarışındadır.
Qol.az xəbər verir ki, bu barədə ESPN məlumt yayıb. Bildirilib ki, prezident Joan Laporta daha əvvəl Avropa Superliqasını əsas maliyyə mənbəsi hesab edirdi. Belə ki, ABŞ-ın "JP Morgan" bankı təşkilata 350 milyon dollarlıq vəsait köçürəcəkdi və bu, yaradıcı 12 klub arasında bölünəcəkdi. Rəhbərlik isə buradan əldə olunan gəlirlə kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamağı, PSJ-dən Neymarı və "Borussiya"dan (Dortmund) Erlinq Haalandı transfer etməyi düşünürdü. Lakin layihə fəaliyyətini dayandırandan sonra Kataloniya klubunun planları pozulub. Hazırda "Barselona" xarici sərmayə axışını gücləndirmək niyyətindədir. Həmçinin klub əlverişli bir ödəmə planı olan kredit üçün müxtəlif investisiya fondları ilə danışıqlar aparır.
Eləcə də "Barselona" "Nou Kamp" stadionunun adının satılmasını, "Corporate" şirkətinsəki payının satılmasını, işçilərin maaşlarının kəsilməsini və futbolçuların satılmasını da müzakirə edir.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi