“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə bağlı yeni iddialar gündəmə gəlib.
Qol.az xəbər verir ki, goal.com-un yaydığı məlumata görə, Mayorqa Ronaldodan təzminat tələb etmək üçün məhkəməyə müraciət edəcək.
Daha əvvəl məhkəmə təcavüzlə bağlı heç bir dəlil tapılmadığı üçün 36 yaşlı hücumçunu məsuliyyətə cəlb etməmişdi. Lakin Mayorqa bu qərarla razı deyil. O, portuqaliyalı oyunçudan 56 milyon funt sterlinq məbləğində təzminat tələb etməyə hazırlaşır.
Qeyd edək ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 36 yaşlı oyunçu bu iddiaları təkzib etmişdi.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi