Gündoğana qarşı kobud oyunu ilə tarixə düşdü

Gündoğana qarşı kobud oyunu ilə tarixə düşdü
XƏBƏR 29 Aprel 2021 / 12:42 3054
-  A +

PSJ-nin futbolçusu İdrissa Qeye ötən gecə Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"nin oyunçusu İlkay Gündoğana qarşı qayda pozuntusuna görə tənqid olunub.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi türkəsilli alman oyunçuya qarşı kobud oynadığı üçün 77-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. Bununla da Qeye turnirin tarixində 1 mövsüm ərzində 2 dəfə qırmızı vərəqə alan 2-ci futbolçu olub. Daha əvvəl bunu "Real"ın sabiq futbolçusu Alvaro Arbelao edib.

Qeyd edək ki, sözügedən matç "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü mayın 4-ü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner