Müdafiəçi Ronaldonun uğurunu təkrarladı

Müdafiəçi Ronaldonun uğurunu təkrarladı
XƏBƏR 29 Aprel 2021 / 10:45 1962
-  A +

PSJ-nin futbolçusu Markinyos yeni uğura imza atıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi buna ötən gecə Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə matçda fərqlənməklə bacarıb. O, turnir tarixində iki və daha çox mövsümdə 1/4 final və yarımfinal matçlarında qol vura bilən 3-cü oyunçu olub. Daha əvvəl bunu yalnız hücumçular - Kriştiano Ronaldo və Antuan Qrizmann bacarıb. Diqqətə layiqdir ki, Markinyos müdafiəçi olmasına baxmayaraq, belə bir uğura imza atıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 4-ü Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner