Floyd Meyvezer rinqə qayıdır

Floyd Meyvezer rinqə qayıdır
XƏBƏR 28 Aprel 2021 / 17:24 17284
-  A +

Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer yenidən rinqə qayıdır.

Qol.az xəbər verir ki, 44 yaşlı idmançı aktyor Pol Loqanla qarşılaşacaq. Xüsusi təşkil olunan döyüş iyunun 6-da, Mayamidəki “Hard Rock” stadionunun rinqində keçiriləcək.

Pol Loqan boksçu, videobloqer, şoumen və aktyordur.

Qeyd edək ki, amerikalı idmançı karyerasını 2017-ci ildə başa vurub. O, peşəkar boksda 50 döyüş keçirib və 27-si nokaut olmaqla hamısında qalib gəlib.

 


Qarabağ FK
Son xəbərlər
topaz banner