"Barselona"nın futbolçusu Usman Dembele klubla müqaviləsini yeniləmək istəmir.
Qol.az "Catalunya Radio""ya istinadən xəbər verir ki, 23 yaşlı hücumçu "Barselona"nın onu ötən yay satmağa çalışmağından inciyib. Hazırda isə Kataloniya təmsilçisi Dembeleni azad agent kimi buraxmamaq üçün futbolçu ilə sözləşməni uzatmaq niyyətindədir. Fransalı oyunçu isə müqaviləni yeniləmək istəmir. Tərəflər razılığa gəlməsələr, klub Dembelenin satışından gəlir əldə etmək məqsədi ilə növbəti yay yolları ayırmağa üstünlük verəcək.
Qeyd edək ki, oyunçunun hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Dembele bu mövsüm 39 matçda 10 qol vurub və 4 qolun ötürməsini verib.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi