Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5-ci mərhələsi davam edir.
Qol.az xəbər verir ki, 11-ci turda Azərbaycanın iki şahmatçısı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəlib və onlar heç-heçə edib.
Günün ikinci oyununda Teymur ağ fiqurlarla Sergey Karyakinlə (Rusiya) xalı yarı bölüb. Şəhriyar qaralarla Aryan Tarini (Norveç) məğlubiyyətə uğradıb.
13-cü turda Məmmədyarov prinsipial görüşdə Levon Aronyanla (Ermənistan) qarşılaşıb. Şahmatçımız ağl fiqurlarla oynayıb. Görüş sülhlə başa çatıb.
Teymur Rəcəbov isə Le Kuanq Lyemlə (Vyetnam) heç-heçə edib.
Qeyd edək ki, dünya çempionu Maqnus Karlsen istisna olmaqla planetin ən güclü şahmatçıları Rusiyada təşkil olunan İddiaçılar turnirində mübarizə apardığından heyəti o qədər də güclü olmayan "New İn Chess"də 16 iştirakçı qüvvəsini sınayır. 3 gün ərzində dairəvi sistemlə mübarizə aparacaq şahmatçılar 1/4 finala 8 vəsiqənin sahibini müəyyənləşdirəcək.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi