Falkao qayıtdı

Falkao qayıtdı
XƏBƏR 26 Aprel 2021 / 22:10 5680
-  A +

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkao komanda ilə məşqlərə başlayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu İstanbul təmsilçisinin 38-ci turda "Konyaspor"la matç üçün hazırlıq prosesinə qatılıb. Lakin o, üzündəki zədələr səbəbindən qorunmaq üçün xüsusi maskadan istifadə edib.

Qeyd edək ki, Falkao aprelin 11-də komandanın səhər məşqi zamanı Kərəm Aktürkoğlu ilə toqquşaraq, zədələnib. Hər iki oynuçu dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. Kərəmin vəziyyətinin yaxşı olsa da, üzündə sınıqlar aşkarlanan Falkaoya narkoz altında müdaxilə edilib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner