Avropa Superliqasına qatılanlar A seriyasından qovulacaq

Avropa Superliqasına qatılanlar A seriyasından qovulacaq
XƏBƏR 26 Aprel 2021 / 18:17 2212
-  A +

Avropa Superliqasına qatılan klublar İtaliya A seriyasında çıxış edə bilməyəcəklər.

Qol.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası qərar qəbul edib. Belə ki, A seriyasında iştirak edən komandalar FİFA və UEFA-nın tərəfindən təşkil olunmayan yarışlara qatıla bilməzlər. Əgər bu hal baş verərsə, həmin klublar yerli çempionatda mübarizə aparmaqdan məhrum ediləcəklər.

Qeyd edək ki, Avropa Superliqasını yaradan 12 klub arasında İtaliya təmsilçilərindən "Milan",  "Yuventus" və "İnter" də var. Onlar sonradan turnirdən imtina ediblər. 12 klubdan 10-nun geri çəkilməsindən sonra Avropa Superliqası fəaliyyətini dayandırıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner