"Zirə"nin futbolçusu üçün yubiley oyunu

"Zirə"nin futbolçusu üçün yubiley oyunu
XƏBƏR 26 Aprel 2021 / 15:55 710
-  A +

“Zirə”nin futbolçusu Elvin Camalov Premyer Liqada 150-ci oyununu keçirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi 24-cü turda gerçəkləşib. O, “Sumqayıt”la ev görüşünə (0:0) sonradan çıxıb.

Elvin Premyer Liqada iki klubun formasını geyinib. 2013/14 mövsümündə “Qəbələ”nin heyətində debüt edən futbolçu, 2019/20 mövsümündən “Zirə”nin uğurları üçün çalışır.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner