Azərbaycan Olimpiya oyunlarına 20-ci lisenziyanı qazandı

Azərbaycan Olimpiya oyunlarına 20-ci lisenziyanı qazandı
XƏBƏR 25 Aprel 2021 / 22:12 1686
-  A +

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Qol.az xəbər verir ki, Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlməklə buna nail olub.

Bu, Azərbaycanın ümumilikdə 20-ci olimpiya lisenziyası olub.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner