Mahirdən möhtəşəm geridönüş - Video

Mahirdən möhtəşəm geridönüş - Video
XƏBƏR 25 Aprel 2021 / 18:55 2969
-  A +

"Qarabağ"ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının 24-cü turunda keçirilən "Qəbələ" ilə matçda (5:0) het-trikə imza atıb.

Qol.az xəbər verir ki, millinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçda zədələndikdən sonra Ağdam təmsilçisində ilk oyununa çıxan 23 yaşlı hücumçu 3 dəqiqəyə 3 qol vurub. O,  88, 89, 90-cı dəqiqələrində fərqlənib. Bu, Emrelinin 2020/2021 mövsümündə ilk het-triki olub. Mahir eyni zamanda ölkə çempionatının bombardirləri siyahısında "Neftçi"nin futbolçusu Namik Ələsgərova (16 qol) çatıb.

Qeyd edək ki, görüşün ikinci hissəsində meydana daxil olan M.Emreli 90+4-cu dəqiqədə penaltini düzgün yerinə yetirməyib. Onun zərbəsini "Qəbələ"nin qapıçısı Anar Nəzirov dəf edib.




Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner