Poçettino Mbappenin durumundan danışdı

Poçettino Mbappenin durumundan danışdı
XƏBƏR 25 Aprel 2021 / 15:15 1734
-  A +

PSJ-nin baş məşqçisi Maurisio Poçettino zədəli futbolçusu Kilian Mbappenin durumundan danışıb.

Qol.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 22 yaşlı hücumçunun Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə matçda meydanda olub-olmayacağı ilə bağlı sualları da cavablandırıb:

“Yalnız ciddi bir şey olmadığına ümid edə bilərik. Killian əvəzlənməyə gedəndə o qədər də narahat görünmürdü, amma hamımız başa düşürük ki, hər hansı bir sərt təmas ciddi nəticələrə gətirib çıxara bilər. Tələsmək lazım deyil”.

Mbappe ötən gün “Mets”lə matçda (3:1) xəsarət alıb. Oyunçu dubl etdiyi görüşün son dəqiqələrində məcburi əvəzlənib.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək PSJ – “Mançester Siti” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner