Bu gün Polşanın paytaxtı Varşavadakı güləş üzrə Avropa çempionatına yekun vurulacaq.
Qol.az xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın iki yunan-Roma güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq. Namaz Rüstəmov (67 kq) ilk görüşdə Serbiya təmsilçisi ilə bacarmasa da, rəqibi finaladək irəlilədiyi üçün təsəlliverici görüşə çıxacaq. Zamir Məhəmmədov (97 kq) üçün də debüt uğursuz alınıb. O, macarıstanlı pəhləvana məğlub olub. Rəqibi finala yüksəldiyi üçün Məhəmmədov bürünc medal qarşılaşmasında iştirak edəcək.
Qeyd edək ki, digər yunan-Roma güləşçilərindən Murad Bazarov (60 kq) və Tuncay Vəzirzadə (82 kq) 1/4 finalda, Xasay Həsənli (72 kq) isə 1/8 finalda uduzaraq, çıxışlarını başa vurub. Taleh Məmmədov (63 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) bürünc medal qazanıb.
Avropa çempionatı
25 aprel
Yunan-Roma güləşi
60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus) 1:3
67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya) 0:6
Təsəlliverici görüş: Namaz Rüstəmov - Zaur Kabaloyev (İtaliya)
72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova) 5:3
1/8 final: Xasay Həsənli - Aleksandr Maksimoviç (Serbiya) 2:3
82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova) 6:3
1/4 final: Tuncay Vəzirzadə - Alvenqo Rikadze (Gürcüstan) 2:5
97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan) 0:4
Bürünc medal görüşü: Zamir Məhəmmədov - Nikalay Stadub (Belarus).
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi