Milnerdən yeni rekord

Milnerdən yeni rekord
XƏBƏR 25 Aprel 2021 / 11:58 1403
-  A +

"Liverpul"un futbolçusu Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Milner “Nyukasl”la qarşılaşmaya (1:1) sonradan çıxıb. Yarımmüdafiəçi Premyer Liqada 159-cu dəfə matça ehtiyatdan daxil olub. Bu, turnirin tarixində mütləq rekorddur.

Milner Piter Krauça məxsus göstəricini arxada qoyub. O, 158 dəfə meydana sonradan daxil olmağı bacarıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner