Messi 7,3 milyon dollara ev aldı

Messi 7,3 milyon dollara ev aldı
XƏBƏR 25 Aprel 2021 / 09:19 4022
-  A +

"Barselona"nın kapitanı Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatında elit mənzil alıb.

Qol.az "The Real Deal"a istinadən xəbər verir ki, ev Sanni-Ayls-Biç  şəhərinin Kollinz küçəsindəki çoxmənzilli binanın bütün 9-cu mərtəbəsində yerləşir. Argentinalı hücumçu isə bu mənzili almaq üçün 7,3 milyon dollar xərcləyib. Mənzildə 4 yataq otağı, 4 vanna otağı, 195 kvadratmetr terras və 1 000 şüşə qablıq şərab soyuducusu var.

Alış 34 yaşlı oyunçunun ailəsinin Sanni-Aylsin 10 blok cənubunda "Porsche Design Tower"dəki mənzil üçün 5 milyon dollar ödəməsindən 2,5 il sonra baş verib. Mənzilin alışına Lionelin atası Xorxe Messi cavabdeh olub.

Qeyd edək ki, Lionel Messini 2020-ci ildə "Forbes"in hazırladığı ən çox qazanan idmançıların siyahısında 3-cü olub (104 milyon avro)




Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner