Avropa Superliqasına qoşulan İtaliya klubları cəzalanacaq?

Avropa Superliqasına qoşulan İtaliya klubları cəzalanacaq?
DÜNYA FUTBOLU 22 Aprel 2021 / 21:14 1504
-  A +

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina Avropa Superliqası layihəsinə qoşulan klublarla bağlı açıqlama verib.
 
Qol.az xəbər verir ki, yerli mətbuata danışan federasiya rəhbəri “Yuventus”, “İnter” və “Milan”ın cəzalandırılmayacağını bildirib:
 
“Biz futbolun dəyərlərini müdafiə etdik. Artıq hər şey normallaşıb. Lakin bu cür hadisələrin qarşısına almaq üçün təkliflərə ehtiyac var. Superliqaya qoşulan “Yuventus”, “Milan” və “İnter” klublarının rəhbərləri ilə xüsusi görüşüm olmayacaq. Sanksiyalar? Xeyr, reallaşmayan bir fikir sanksiyaya məruz qalmır. Gələcəkdə qanunlara zidd olan nəsə olsa, onda məsələ ədliyyə orqanları tərəfindən araşdırılacaq”.
 
Xatırladaq ki, aprelin 19-da "Real" və "Barselona" da daxil olmaqla Avropanın 12 klubu Superliqa yaratdıqlarını elan etmişdi. Lakin artıq bu iki klubdan başqa hamısı layihdən geri çəkildiklərini açıqlayıb.

Son xəbərlər