"Qarabağ"ın heyətində 100-cü oyununu keçirmiş Abdullah Zubir yubiley matçı barədə fikrini klubun saytına bölüşüb.
Qol.az xəbər verir ki, yarımmüdafiəçi buna görə xoşbəxt olduğunu dilə gətirib:
"Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir. Çox şadam və xoşbəxtəm ki, bu klubdayam. Hər şey ürəyimcə və zövqümcədir. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm".
Zubir Ağdam təmsilçisi ilə müqaviləsini 3 il artırmasından danışıb və komandaya gələcək oyunlarda fayda verməyə çalışacağını bildirib: “Qarabağ”ın necə iddialı olduğu hər kəsə məlumdur. Özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram. Daha çox qol vurmaq və “Qarabağ”ın daha böyük zəfərlərinə töhfə verməyi arzu edirəm. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı dönəm əvvəlkindən daha uğurlu və yaxşı olsun".
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”