Fəridin komandasından qələbə

Fəridin komandasından qələbə
XƏBƏR 22 Noyabr 2020 / 20:34 994
-  A +

Çexiya 2-ci divizionunda 8-ci turun oyunları keçirilib.
 
Qol xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) doğma meydanda “Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
Qeyd edək ki, 8 turdan sonra 15 xala malik “Viktoriya” 2-ci pillədə qərarlaşıb.

 


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?