İbrahimoviç qərarını verdi

İbrahimoviç qərarını verdi
XƏBƏR 15 May 2020 / 21:02 3265
-  A +

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Qol.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, isveçli hücumçu A Seriyası təmsilçisi ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmayacaq. Onun növbəti transfer pəncərəsində İsveçə qayıdacağı və "Hammarbü"də oynayacağı gözlənilir.

Qeyd edək ki, İtaliyaya qayıdan 38 yaşlı oyunçunun koronavirus testi mənfi çıxıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner