"Qərarı mən versəydim, çempionatı vaxtından əvvəl başa çatdırardım. Çünki bu, daha məntiqli və məqsədəuyğundur. Belə də idmançıların və azarkeşlərin sağlamlığı qorunacaq".
Bu fikirləri Bakının "İnter" (hazırkı "Keşlə") klubunun sabiq prezidenti Georgi Nikolov koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Azərbaycan Premyer Liqasının aqibəti barədə danışarkən deyib. Bolqarıstanlı futbol funksioneri bildirib ki, bunu etmək elə də çətin deyil: "Qarabağ", onsuz da, çempion olacaq. Burada hər hansı sual işarəsi yoxdur. UEFA milli federasiyalara belə bir hüquq verirsə, fərqli qərar vermək ehtimalı çox azdır".
G.Nikolovun sözlərinə görə, bu, hazırda vəziyyətdən ən məntiqli çıxış yoludur: "Futbolçular oyun və fiziki kondisiyalarını çoxdan itiriblər. Hazırlıq üçün yəqin ki, 2 həftə lazım gələcək. Çempionat bu qədər qısa vaxtda başlasa, zədə və mikrozədə epidemiyası olacaq".
Keçmiş klub prezidenti mövsüm ləğv olunacağı halda, avrokuboklara vəsiqələrin necə bölüşdürülməli olduğunu da açıqlayıb: "Aydın məsələdir ki, Çempionlar Liqasına "Qarabağ" gedəcək. "Neftçi" və "Keşlə" Avropa Liqasında oynamaq hüququ qazanacaq. Ölkə kubokunu başa çatdırmaq mümkün olmasa, 3-cü vəsiqə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan komandaya verilməlidir".
Çempionatın sonuna 8 tur qalmış lider "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"dən 8, flaqman isə paytaxtın digər komandası "Keşlə"dən 7 xal irəlidədir. 4-cü pillədə 23 xala malik "Sumqayıt" qərarlaşsa da, 5-ci yerdə gedən "Zirə"nin də eyni xalı var. G.Nikolov bu məqamın elə də önəmli olmadığını vurğulayıb: "Əlbəttə, 4-cü yerdə olan komanda idman nəticələrinə görə avrokuboklara getməlidir. Top fərqi və ya qələbə sayında "Zirə"dən üstünlüyü varsa, qitə miqyasına "Sumqayıt" çıxmalıdır. Əlbəttə, bu iki komanda arasında pley-off oyununun keçirilməsi də bir variantdır. Amma bu cür bitəcəksə, ən yaxşısı, çempionat elə birdəfəlik yekunlaşmalıdır. Bilirsiniz, məsələ avrokuboklarda deyil. 2020/2021 mövsümü, ümumiyyətlə, olmaya bilər. Belə təhlükə də mövcuddur. Sadəcə, çempionatı bitirməyin qanuni formasını tapmaq lazımdır. Bəzi ölkələrdə mövsüm ləğv olunub. Onlar qərara alıblar ki, insan kapitalı stadionlarda satılan biletlərdən dəyərlidir".
G.Nikolov "Premyer Liqanı tərk edən komanda olmalıdırmı, yoxsa daha 2 klub cəlb etməklə 10 komandalı çempionat keçirmək də mümkündür" sualına belə cavab verib: "Çox güman ki, heç kim elitanı tərk etməyəcək. 10 komanda Azərbaycan Premyer Liqası üçün ən optimal variantdır. "İnter"də işləyəndə hər zaman bunu təbliğ edirdim. "Turan Tovuz" və "Zaqatala" klubunu da yuxarı dəstəyə qatmaq olar. Ümumiyyətlə, Zaqatala mənim ən sevimli şəhərimdir. Onlar Premyer Liqaya layiqdirlər".
Bolqarıstanlı mütəxəssis FIFA-nın təklif etdiyi "yaz-payız" sxeminin Azərbaycan çempionatına uyğun olmadığını vurğulayıb: "Ali futbol qurumu bunu federasiyalara müvəqqəti keçid kimi təklif edib. Bu isə Premyer Liqaya uyğun gəlmir, iqlim baxımından da zəruri deyil. Düşünürəm ki, hazırkı sxem ən münasib variantdır. Ondan imtina etməyə dəyməz".
Sonda Bolqarıstan çempionatının mümkün bərpası barədə də danışan G.Nikolov hələlik qeyri-müəyyənliyin hökm sürdüyünü bildirib: "Bizdə həmişəki kimi demokratik xaosdur. Hələlik heç bir qərar qəbul olunmayıb. Çox güman ki, çempionat vaxtından tez başa çatacaq. Çünki qarşıda hələ pley-off matçları və kubokun final oyunu var. Yəqin ki, "altılıq" olmayacaq. Əslində mövsümü ləğv etmək variantı var idi. Amma klublar razılaşmadılar. III divizionda isə çempionat məcburi yekunlaşdı və II liqaya çıxan komandalar müəyyənləşdi".
Qeyd edək ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter" klubunun prezidenti olub. Onun dövrüdə paytaxt təmsilçisi iki dəfə (2007/2008, 2009/2010) Azərbaycan çempionu, gümüş (2008/2009) və bürünc (2012/2013) mükafatçı, eyni zamanda Birlik Kubokunun (2011) qalibi olub (Report).
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi