Azərbaycan çempionatının güclülər dəstəsində 2006-cı ildə debüt edən “Qəbələ”nin Premyer Liqadakı oyunlarında 232 futbolçu meydana çıxıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 14 il ərzində “qırmızı-qaralar”ın heyətində ən çox matç keçirən futbolçu Urfan Abbasovdur. O, ötən ay sayda dərc olunan bütün turnirlərdəki ümumi oyun sayındakı liderliyini Premyer Liqada da qoruyub. Müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 177 dəfə “Qəbələ”nin formasını geyinib.
Amma sonrakı pillələrin sahibləri arasında bəzi dəyişikliklər diqqət çəkir. Belə ki, ümumi oyun sayında Dmitri Bezotosnı 2-ci, Dodo 3-cüdürsə, Premyer Liqada onlar mövqelərini dəyişib. Braziliyalı 131 oyunla 2-cidir. O, ukraynalı qolkiperi 14 matç qabaqlayır.
İlk “altılıq”da növbəti yerləri Viktor Mendi, Elvin Camalov və Asif Məmmədov tutur. Bu üç oyunçu da 100 oyun səddini arxada qoyub. Ümumiyyətlə, yalnız bu 6 futbolçu 100-dən artıq çempionat matçında “qırmızı-qara” forma ilə meydana çıxıb.
Ümumi oyun sayında “onluq”da yer alan Cavid Hüseynovla Rafael Santos Premyer Liqa ilə bağlı cədvəldə aşağı pillələrdədir. Onların mövqeyini Pavel Doroşevlə Abdulkader Kamara ələ keçirib. Buna səbəb isə Cavidlə Rafaelin avrokuboklarda daha çox qarşılaşmada iştirak etməsidir.
1. Urfan Abbasov - 177
2. Dodo - 131
3. Dmitri Bezotosnı - 117
4. Viktor Mendi - 112
5. Elvin Camalov - 111
6. Asif Məmmədov - 105
7. Samir Zərgərov - 95
8. Vojisıav Stankoviç - 92
9. Pavel Doroşev - 90
10. Abdulkader Kamara - 88
.
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər