"Komanda bir araya gələndən sonra başa çatan müqavilələrin uzadılması ilə bağlı futbolçularla danışıq aparacağıq".
Bu fikirləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov mayın sonunda müqaviləsi başa çatacaq futbolçuların gələcəyi barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, qeyri-müəyyənlik şəraitində nə isə deməyin mənası yoxdur: "Fasilənin nə qədər davam edəcəyi, çempionatın nə vaxt başa çatacağı bilinmir. Bu məsələlərə aydınlıq gələndən sonra söhbət edə bilərik".
Əyalət təmsilçisində əksər futbolçuların müqavilələri mövsümün sonuna qədərdir. Z.Əzizov buna baxmayaraq, çempionatı hazırkı heyətlə başa vurmağı düşündüklərini vurğulayıb: "Kimin fərqli düşüncəsi olacaqsa, hansı oyunçu ilə ortaq məxrəcə gələ bilməyəcəyiksə, həmin futbolçularla yollar ayrılacaq. Burada artıq edə biləcəyimiz bir şey yoxdur. Amma, təbii ki, futbolçu başqa kluba da keçə bilməyəcək. "Pəncərə" onsuz da bağlı olacaq".
Baş menecer futbolçuların maaşlarının azaldılması ilə bağlı məsələyə də toxunub: "Koronavirus pandemiyasının klubun büdcəsinə müəyyən təsiri var. Lakin çempionatla bağlı qərar qəbul olunmamış fikir bildirmək çətindir. Yalnız hər şey dəqiqləşəndən sonra maaş məsələsinə aydınlıq gələcək. Büdcəmizə uyğun hərəkət edəcək, mövsümü başa çatdırmağa çalışacağıq".
Z.Əzizov koronavirusla bağlı martın sonlarında ölkəsinə yollanan ispaniyalı yarımmüdafiəçi Fernan Lopeslə əlaqədə olduqlarını söyləyib: "Fernanla danışırıq. İspaniyada evindədir. Sərhədlər açılmadığından, onun qayıtması ilə bağlı müzakirə yoxdur".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda cari mövsüm martın 13-dən dayandırılıb (Report).
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi 1/8 finalda dayandı
"Sabah" braziliyalı futbolçu transfer etdi