“Mbappenin qiyməti daha 200 milyon olmayacaq”

“Mbappenin qiyməti daha 200 milyon olmayacaq”
XƏBƏR 19 Aprel 2020 / 16:21 2847
-  A +

Tanınmış almaniyalı siyasətçi Daniel Kon-Bendit hesab edir ki, koronavirus pandemiyası futbola ciddi iqtisadi zərbə vuracaq.

Qol.az xəbər verir ki, o, “Ouest France” nəşrinə müsahibəsində bildirib ki, futbolçuların qiyməti kəskin şəkildə ucuzlaşacaq: “Bundan sonra Mbappenin qiyməti 200 milyon deyil, 35-40 milyon avro olacaq. Koronavirus idmandakı məntiqsiz nizamı dağıdacaq”.

Onun fikrincə, pandemiyadan sonrakı mərhələdə idmanda iqtisadi sistemlər yenidən qurulmağa başlayacaq.


Son xəbərlər
topaz banner