“Yuventus” Zidanı gətirir?

“Yuventus” Zidanı gətirir?
XƏBƏR 19 Aprel 2020 / 15:59 3047
-  A +

“Yuventus” “Real”ın çalışdırıcısı Zinəddin Zidanın yaxın ətrafı ilə danışıqlar aparıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi fransalı mütəxəssisi baş məşqçi vəzifəsinə dəvət edib. Məlumata görə, Mauritsio Sarrinin işindən razı olmayan “Yuventus” rəhbərliyi mövsümün sonu onunla yolları ayırmaq istəyir.

İddia edilir ki, Zidanın “Real”ın prezidenti Florentino Pereslə münasibətləri yaxşı deyil və klubun strategiyasının uğur gətirəcəyinə inanmır. Bu səbəbdən o, “Yuventus”un təklifini qəbul edə bilər.

Xatırladaq ki, Zidan futbolçu kimi 1996-2001-ci illərdə “Yuventus”da oynayıb.


Son xəbərlər
topaz banner