"Bu yay hazır idik, köklənmişdik və yaxşı dinamika göstərirdik. Əlbəttə, AVRO-2020-nin təxirə salınması neqativ hadisə oldu".
Qol.az xəbər verir ki, bunu Uels milli komandasının baş məşqçisi Rayan Giqqz BBC-yə açıqlamasında deyib.
47 yaşlı uelsli mütəxəssisin sözlərinə görə, qitə çempionatının final mərhələsinin 2021-ci ilə ertələnməsi rəhbərlik etdiyi komandanın planlarını açıq-aşkar pozub: "Hazırlıq prosesimizin bir hissəsi kimi oyunlarımızın keçiriləcəyi Bakı və Roma şəhərlərinə yollanmış, hər şeyi yerindəcə yoxlamışdım. Eyni şeyi gələn il də təkrarlamalı olacağıq. Hər zaman pozitiv yanaşmaların tərəfdarıyam. Co Allen və Devid Bruksun zədədən qayıdaraq, gələn ilədək tam hazır olacaqlarına, gənc futbolçuların isə daha çox təcrübə toplayacaqlarına əminəm. Bütün futbolçularla, xüsusən, zədədən qayıdanlarla daim əlaqə saxlayıram".
Giqqz koronavirus pandemiyası ilə əlaqədar evdə olduğu müddətdə idman kanallarını və Uels yığmasının əvvəlki oyunlarını izlədiyini bildirib. Onun xüsusən, Azərbaycan millisi ilə də eyni qrupda yer aldıqları AVRO-2004-ün seçmə mərhələ qarşılaşmalarına diqqət çəkməsi maraq doğurur. Rayan həmin vaxt özünün futbolçu kimi çıxışını seyr etdiyini vurğulayıb. Sabiq yarımmüdafiəçi 2002-ci il oktyabrın 16-da İtaliya üzərində qazandıqları 2:1 hesablı qələbəni fərqləndirib. Bu yerdə bildirək ki, millimiz həmin tsikldə Uelsə Bakıda 0:2, Kardiffdə 0:4 hesabıyla uduzub .Giqqz "Millenium"dakı matçda vurduğu qolla 52-ci dəqiqədə son nöqtəni qoyub.
Qeyd edək edək ki, AVRO-2020-də Uelsin A qrupunda İsveçrə və Türkiyə ilə oyunları Bakıda, İtaliya ilə qarşılaşması isə Romada keçirilməlidir.
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi 1/8 finalda dayandı
"Sabah" braziliyalı futbolçu transfer etdi