Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib.
Qol.az xəbər verir ki, Birinci vitse-prezident rəsmi saytında bildirib:
"Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrıu sizi qorusun!"
M.Əliyeva könüllü qanvermə aksiyasına qoşulmuş təşkilatların siyahısını da açıqlayıb. Siyahıda Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) da yer alıb. AİJF aksiya iştirakçıları arasında həm yeganə idman federasiyası, həm də yeganə jurnalist təşkilatı kimi fərqlənib.
Qeyd edək ki, AİJF qanvermə aksiyasında aprelin 15-də iştirak edib.
Qanvermədə iştirak etmiş bütün təşkilatlar:
1. “AS Qrup İnvestment” şirkəti
2. Azərbaycan İdman Jurnalistləri Federasiyası
3. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi
4. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş, Göyçay, Mingəçevir İdarəsi
7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi
9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
11. Azərbaycan Respublikasının Milli Məclisi
12. “AzərEnerji” ASC
13. “Azərişıq” ASC
14. Azərkosmos” ASC
15. “AzərGold” QSC
16. Bakı Şəhər İcra Hakimiyyəti
17. Bakı Nəqliyyat Agentliyi
18. City Hospital
19. Ege Hospital
20. Dövlət Dəniz Agentliyi
21. Heydər Əliyev Fondu
22. Heydər Əliyev Mərkəzi
23. “Kontakt Home” mağazalar şəbəkəsi
24. “Sağlam Ailə” Tibb Mərkəzi
25. “Rahat” supermarketlər şəbəkəsi
26. “Referans Medical Group”
27. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər