Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan hissəsində “Qəbələ”nin futbolçuları ən yaxşılar sırasında yer alıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, mövsümdə 5 dəfə turun oyunçusu adına “qırmızı-qaralar”ın üzvü layiq görülüb. Bu adı fərqli oyunçular qazanıb. Bunlardan üçü II, ikisi III dövrəyə təsadüf edib. Ən yaxşı adına bir dəfə yerli, dörd dəfə legioner layiq görülüb. XIX turda klubun yetirməsi olan Qismət Alıyev bu ada yiyələnib. Davit Volkov (X tur), Merab Qiqauri (XI tur), Fernan Lopez (XIII tur) və Nikolas Raysel (XX tur) də hərəyə bir dəfə fərqlənib.
“Qəbələ”nin futbolçuları mövsümdə 29 dəfə “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşən turun rəmzi yığmasında yer alıb. Üç oyunçu daha çox fərqlənib. Bunlar xorvatiyalı İvitsa Juniç (XIII, XVI, XIX, XX) və gürcüstanlılar Merab Qiqauri (V, VII, XI, XIII) ilə Davit Volkovdur (IX, X, XI, XIII). Onlar hərəyə 4 dəfə rəmzi komandaya daxil edilib. Üç futbolçu isə mövsümdə 3 dəfə “11-lik”də qərarlaşıb. Anar Nəzirov XI, XIII və XX, Fernan Lopez X, XI, XIII, Qismət Alıyev X, XI və XIX turlarda ən yaxşılar sırasında olub. Klesio Bauk (VII, XIII) bunu 2 dəfə bacarıb. Ümumilikdə, mövsüm ərzində 13 oyunçu rəmzi komandaya düşüb. Hərəyə bir dəfə “11-liy”ə daxil edilənlərdən Roman Hüseynov, Ülvi İsgəndərov və Yusif Nəbiyev XI, Rövlan Muradov XIII, Amin Seydiyevlə Nikolas Raysel XX turda fərqlənməyə müvəffəq olub.
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər