Kontakt Home mağazalar şəbəkəsi bütün müştərilərinin aylıq ödənişlərinə 1 aylıq güzəşt edib.
Bu barədə mağazanın rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.
Artıq uzun müddətdir ki, şirkət “Müştəri güzəşt proqramı” çərçivəsində müştəri müraciətlərini fərdi araşdırır və onlara aylıq ödənişlərlə bağlı güzəştlər tətbiq edirdi. Təkcə mart ayı ərzində ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin aylıq ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq uzadılmışdı.
Karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq şirkət bu güzəşt proqramını hər kəs üçün açıq edib. Başqa sözlə, bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1 aylıq güzəşt müddəti tətbiq olunacaq və həmin müddətdə ödənilməyən borclara görə hər hansı gecikmə hesablanmayacaq.
Qeyd edək ki, Kontakt Home koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Yaxın günlərdə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Eyni zamanda şəbəkə öz fəaliyyətində təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əsasən, martın 29-dan etibarən ölkədəki bütün ticarət obyektləri kimi, Kontakt Home mağazaları da yerində xidməti müvəqqəti dayandırır. Bununla əlaqədar sevdiyiniz məhsulları 7/24 fəaliyyət göstərən www.kontakt.az saytından istər nağd, istər taksit, istərsə də 24 ayadək faizsiz şərtlərlə sifariş edə bilərsiniz. Sifarişiniz gün ərzində PULSUZ və TƏHLÜKƏSİZ qaydada ünvanınıza çatdırılacaq.
Yuxarı
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu