Koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün arxada qalan oyunlarında “Qəbələ” 5 dəfə meydanı qol buraxmadan tərk edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, bu qarşılaşmalardan 4-ü Azərbaycan Premyer Liqası, 1-i ölkə kubokuna təsadüf edib. “Qırmızı-qaralar” dörd ev, bir səfər görüşündə qapısını toxunulmaz saxlayıb. Qapıçılara gəlincə, Anar Nəzirov 5, Tərlan Əhmədli isə sonradan meydana çıxdığı iki matçda hesabına “quru” oyun yazıb. Bu, sonuncunun “Qəbələ”dəki ilk belə matçları olub. Ötən mövsümün qış fasiləsində komandaya qayıdan Nəzirov isə “qırmızı-qaralar”ın heyətindəki quru oyun sayını 17-yə çatdırıb. O, qapısını ilk dəfə “Qəbələ”də debüt etdiyi 2010/11 mövsümündə toxunulmaz saxlayıb. Anar 12 çempionat, 5 kubok görüşünü “quru” keçirib.
O, klub tarixində ən çox oyunda qol buraxmayan qapıçılar arasında 4-cü pillədədir. Mütləq rekord isə Dmitri Bezotosnıya məxsusdur. Ukraynalı qolkiper 73 “quru” oyun keçirib. Latviyalı Pavel Doroşevin hesabında qol buraxmadığı 42 matç var. Yerli futbolçular arasında rekord ümumi siyahıda 3-cü olan Xəyal Zeynalova məxsusdur. I dəstədə də oynamış qapıçı 25 dəfə meydanı qol buraxmadan tərk edib.
Qeyd edək ki, “Qəbələ”nin tarixində 20 qapıçı ən azı bir rəsmi matçda iştirak imkanı qazanıb. Onlardan 18-nin aktivində qol buraxmadığı oyun var. Yalnız Rəşad Mustafayevlə Cavidan Hüseynzadənin hesabında belə matç yoxdur.
“Qəbələ”də “quru” oyun keçirən qapıçılar
1. Dmitri Bezotosnı - 73
2. Pavel Doroşev - 42
3. Xəyal Zeynalov - 25
4. Anar Nəzirov - 17
5-6. Kamran Ağayev - 10
Dieqo Kosta - 10
7-8. Elnar Kərimov - 8
Zurab Mamaladze - 8
9. David Pietrzkeviç - 5
10-11. Cahangir Həsənzadə - 4
Qrem Smit - 4
12-13. Nadir Şükürov - 3
Elvin Buruzov - 3
14-15. Andrey Pöpoviç - 2
Tərlan Əhmədli - 2
16-18. Aqil Məmmədov - 1
Toğrul Əhmədov - 1
Murad Popov - 1
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
Argentina “10” nömrəsini kimə həvalə edəcək?