“Keşlə” klubunun futbolçusu Əfran İsmayılovun müsahibəsi
- Ölkədə karantin rejimi elan olunub. Vaxtınızı necə keçirirsiniz?
- Hamı çalışır ki, öz evində otursun. Hətta “evdə qal, sağlam qal” adlı şüar da var. Həqiqətən tam yerinə düşən şüardır. Həm özüm, hə də ətrafım üçün buna əməl etməyə çalışıram. Vaxtımın çox hissəsini evdə keçirirəm. Bilirsiniz ki, bu virus keçicidir.
- Yəqin ki, idmanla, xüsusilə də futbolla məşğul olanlar üçün evdə qalmaq daha çətindir. Çünki aktiv həyat tərzinə öyrəşmisiniz...
- Əlbəttə,çətindir. Amma arada səhərlər çıxıb yüngülvari qaçıram. Digər idman hərəkətlərini isə evdə edirəm. Tapşırığıa uyğun hərəkət etməyə çalışıram.
- Özünüz koronavirusla necə mübarizə aparırsınız? Yoluxmamaq üçün hansı tədbirləri görürsünüz?
- Tez-tez əlimi spirtlə dezinfeksiya edirəm. İnandırım sizi ki, spirt vurmaqdan əlimin qabığı soyulub. Ömrümdə spirtdən bu qədər istifadə etməmişəm. Artıq əlimi yandırır. Çalışıram, özümü və ətrafımı qoruyum. Ola bilər, virus bizə çox təsir etməsin. Amma yaşlı insanlar üçün təhlükəlidir. Valideynlərimə, qohumlarıma zərər verə bilər. Ona görə daşıyıcı da olmamağa çalışıram. Şükürlər olsun, özümü qoruya bilirəm. Sağ olsun ölkə başçısı, lazımi tədbirlər görülüb. Virus yayılmamışdan öncə tədbir alındı. Buna görə də vəziyyət tam ciddi deyil. Karantin rejimidir. Bizim üstümüzə düşən odur ki, evdə qalıb, qaydalara tam əməl edək. İnanıram ki, əl-ələ verib vəziyyətdən çıxacağıq.
- Bəziləri spirtli içki qəbul etməyin koronavirusla mübarizədə effektiv olduğunu söyləyir. Buna münasibətiniz necədir?
- Yox, əksinə, spirtli içki qəbul etmək immuniteti daha da zəiflədir. Belədə orqanizm virusu daha tez özünə cəlb edir. Əsas əllər və üzü tez-tez yumaq və spirtlə dezinfeksiya etməkdir.
- Belə fikirlər var ki, koronavirus deyildiyi qədər qorxulu deyil, adi qripdir. Bəzi ölkələrin insanlar arasında yaranmış panikadan öz məqsədləri üçün istifadə etdikləri iddia olunur. Bu fikirlərlə razısınız?
- Xeyr, koronavirus real təhlükədir. Bunu hansısa ölkələrin bilərəkdən yaymaları xəbərinə inanmıram. Boş-boş söhbətlərdir. Həqiqətən virus var, Çindən gəlib və sürətlə yayılır. İnsandan-insana yoluxur. Ona görə də ciddi yanaşmaq lazımdır. Baxıram ki, bir çoxları ciddi yanaşmır. Lağ-lağı, zarafat edirlər. Faciəyə çevrilməmiş bu virusdan qurtulmağa çalışmalıyıq. Arzu edirəm ki, hər şey – futbolumuz, işimiz geri qayıtsın. Hər bir sahədə geriləmə var.
- Koronavirusla mübarizə üçün fond yaradılıb və artıq “Qarabağ” klubunun baş məşqçisi, futbolçuları ora müəyyən məbləğdə yardım ediblər. Siz də belə bir addım atmağı düşünürsünüz?
- Hər cür köməklik etməyə hazıram. Fonda pul göndərməsəm də, imkansızlara maddi yardım edirəm. Bilirsiniz ki, bizdə elə də çox pul olmur. Amma nəyə gücüm çatırsa, bundan sonra da edəcəyəm.
- Çempionat dayanıb, nə vaxt bərpa oluncağı hələ sual altındadır. Sizcə, cari mövsümü başa vurmaq mümkün olacaq?
- Hansı qərarı qəbul etsələr, hörmətlə yanaşacağam. Əsas məqsəd hazırkı vəziyyətdən çıxmaqdır. Sonra çempionat haqqında düşünə bilərik (Report).
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
Argentina “10” nömrəsini kimə həvalə edəcək?