Bakıdakı dünya çempionatı təxirə salındı

Bakıdakı dünya çempionatı təxirə salındı
XƏBƏR 23 Mart 2020 / 14:56 1659
-  A +

Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Qol.az-ın Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sayca 16-cı mundial 14-16 mayda təşkil olunmayacaq. Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 - 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.

O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner