Millimizin futbolçusu Ramil Şeydayev növbəti ad gününü Vətənində qeyd etdi. Artıq bir müddətdir "Sabah"a keçən hücumçunun martın 15-də 24 yaşı tamam oldu. Ancaq ötən həftəsonu Premyer Liqamız koronavirus pandemiyasına görə uzun müddətə təxirə salındığından Ramilin budəfəki doğum günü futbolsuz dönəmə təsadüf etdi. Şeydayev müsahibəsində ilk olaraq ad gününü necə keçirməsiylə bağlı sualı cavablandırıb.
- Ad günümü qeyd etmədim. Bunun yeri yox idi. Artıq çoxdandır bu ənənəni təxirə salmışam.
- Elə isə Ramil Şeydayev hazırkı karantin vəziyyətində gününü necə keçirir? Formanı necə saxlayırsan?
- Klubda bizə proqram verdilər ki, buna əsasən hazırlığım üzərində səy göstərməliyəm. Çalışıram ki, işləyim, formamı saxlayım.
- Bu fərdi hazırlıq proqramının detallarını bilmək olarmı?
- Məxfi informasiyadır (gülür).
- Bəs, özünü koronavirusdan necə qoruyursan?
- Daha çox evdə otururam. Çalışıram ki, adamların çox olduğu yerlərdə olmayım. Necəsə belə yollarla çalışıram.
- Yəqin ki, spirt daim yanında olar...
- Antiseptik, bəli (gülür).
- Rusiyada olan ailə üzvlərin, doğmalarınla əlaqən hər gün olar. Necədir orda vəziyyət?
- Bəli, Allaha şükür hər şey yaxşıdır.
- Hələ ki, vəziyyət belədir ki, ölkəmizdə futbol ən yaxşı halda bir aydan sonra bərpa olunacaq. Bundan sonra çempionatın səviyyəsini, komandaların durumunu necə təsəvvür edirsən? Çətinliklərin öhdəsindən necə gələcəksiniz?
- Ümid edirəm ki, hər şey normal olacaq. Ola bilər ki, ilkin olaraq bir neçə matç çətin olsun. Ancaq sonradan hər şey adi vəziyyətə qayıdacaq.
- Bəs, çempionatı bərpa etmək mümkün olmasa, mövsümü indidən bitirmək elan olunsa, Premyer Liqada ilk yerdə gedən 4 komanda avrokuboklara yollanmalı olsa? Bu qərarı necə qarşılayacaqsan?
- Belə qərar versələr, deməli, belə olması lazımdır. Artıq bu zaman bununla heç nə etmək olmaz. Kimsə bu qərarın düzgün olmadığını göstərsə belə, o, ləğv olunmayacaq. Ancaq əlbəttə, belə olmasını istəməzdik.
- Və son olaraq. Özünə 25 illik yubileyinədək nə arzulayırsan? Həm futbolçu karyeranda, həm də şəxsi həyatda...
- Özümə heç nə arzulamıram. Ulu Tanrı mənə həyatda nə verəsəksə, o da olacaq (sport24.az).
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər