"Neftçi"nin və Azərbaycan milli komandasının sabiq qapıçısı Aleksandr Jidkovun “Report”a müsahibəsi
- Bu gün doğum gününüzdür, 55 yaşınız tamam olur. Əvvəlcə sizi bu münasibətlə təbrik edirik. Maraqlıdır, bu günü necə qeyd edəcəksiniz?
- Təbrikə görə təşəkkürümü bildirirəm. Yəqin ki, doğum günümü dostlarımın, məşqçi yoldaşlarımın əhatəsində - tort və çayla qeyd edəcəyəm. Düzdür, yubileyimdir, amma hər şey adi qaydada olacaq. Dostlarım artıq məni təbrik ediblər. Fürsətdən istifadə edib Azərbaycan xalqına sağlamlıq, sülh və xoşbəxtlik arzu edirəm.
- Hazırda nə işlə məşğul olursunuz?
- Rusiyanın I Liqasında çıxış edən “Avanqard” klubunda işləyirəm. Müqaviləm 4 aylıqdır. Sözləşmənin müddəti mayın sonunda başa çatacaq. Hələ ki buradayam. Bundan sonra harada olacağımı indidən deyə bilmirəm. Çünki bu işlər bir az problemli olur.
- Niyə Bakıdan getdikdən sonra hansısa yerli kluba və ya milli komandaya qayıtmadınız?
- Bakıya gəlişim, milli komandaya və ya hansısa yerli kluba məşqçi təyin olunmağım tək məndən asılı deyil. Hər şey rəhbərlikdən asılıdır. Hazırda Azərbaycan futbolunu yeni nəsil idarə edir. Buna görə, bəlkə də, onlar artıq bizi unudublar. Həmçinin indi müasir məşqçilər, işə daha fərqli yanaşma tərzi var. Onlar hər şeyi daha yaxşı bilirlər. Bütün dünyada yeni tendensiya formalaşıb. İndiki məşqçilər, futbolçular futbola bizim baxış bucağımızdan baxmırlar. Onlar üçün yeni imkanlar var. Bir sözlə, futbol bizim oynadığımız 1980-1990-cı illərdəki kimi deyil. Amma təcrübə ayrı şeydir. Düşünürəm ki, bizim təcrübəmiz həm klublar, həm də milli komanda üçün faydalı olar.
- Azərbaycan millisinin qapıçısı Emil Balayevə ölkə xaricində çıxış etmək üçün nə məsləhət görərdiniz?
- Ölkə xaricində çıxış edən həmkarlarıma məsləhət verə bilərəm. Ona isə demək istəyirəm ki, güclü olsun. Yalnız güclü futbolçular legioner həyatı yaşayırlar. Əcnəbi klublardan təklif alan qapıçılar yerli çempionatda oynayanlardan iki baş üstün olmalıdırlar. Emilə yalnız uğur və güc arzulaya bilərəm.
- “Neftçi”nin çıxışını izləyirsiniz? Sizcə, niyə komanda uzun müddətdir Azərbaycan çempionu ola bilmir?
- Əlbəttə, izləyirəm. “Neftçi” 18 yaşımda məni SSRİ-də böyük idmana gətirən, oynamaq imkanı yaradan ilk klubdur. O vaxtkı rəhbərliyin, həmçinin Sergey Kramarenkonun timsalında bu komandaya minnətdarlığımı bildirirəm. Hər zaman "Neftçi"yə kömək etməyə hazıram. Komandamı heç vaxt unutmaram. Rəhbərliyi, futbolçuları, azarkeşlərimizi yaxşı xatırlayıram. Dolu stadionlarda bizə azarkeşlik edirdilər. Bunlar unudulmaz anlardır.
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi